2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ən çox mal Rusiya, Türkiyə və Çindən idxal edilib.
Eləcə də bax: Azərbaycana Rusiyadan 24 mln. dollarlıq şokolad - İdxal Edilib
FED.az Banker.az-a istinadən xəbər verir ki, DGK-ya görə, 2020-ci ilin 11 ayında Rusiyadan 1 772 944 min ABŞ dolları, Türkiyədən 1 403 513 min ABŞ dolları, Çindən isə 1 273 883 min ABŞ dolları dəyərində mallar idxal edilib.
2019-cu ilin eyni dövründə isə Rusiyadan 2 070 173 min dollar, Türkiyədən 1 482 372 min dollar, Çindən isə idxal edilən malların dəyəri isə 1 192 199 min dollar olub.
Belə ki, Azərbaycana Rusiyadan idxal azalıb, Çindən isə artıb.