2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8% üstələyərək 18 milyard manata bərabər olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 8944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9033,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5% və 3,1% artıb.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 17 977,9 | 102,8 |
o cümlədən: | ||
ərzaq məhsulları | 8074,5 | 102,6 |
içkilər və tütün məmulatları | 870,4 | 100,9 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 3 236,5 | 103,0 |
elektrik malları və mebellər | 1 063,1 | 102,9 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 139,7 | 104,3 |
əczaçılıq və tibbi mallar | 236,7 | 104,5 |
avtomobil yanacağı | 990,0 | 101,8 |
digər qeyri-ərzaq məhsulları | 3 367,0 | 103,4 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%i əczaçılıq və tibbi malların, 0,8%i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 20%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 31%-i isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8%, fərdi sahibkarlar üzrə 0,% artmış, bazar və yarmarkalarda isə 5,3% azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb