2019-cu ildə Azərbayan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə həftədə 2 dəfə olmaqla ümumilikdə 101 hərrac keçirilib.
Eləcə də bax: Azərbaycandan qanuni yolla - NƏ QƏDƏR DOLLAR ÇIXARMAQ OLAR?
FED,az xəbər verir ki, bu barədə AMB-nin açıqladığı Pul Siyasəti İcmalında bildirilir.
2019-cu ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. İl ərzində dolların məzənnəsi 1,7 manat olub, banklarda dolların alış-satış məzənnələri hərdən dəyişsə də, rəsmi məzənnəyə yaxın olub.
İl ərzində kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1.6978, satış məzənnəsi isə 1.7022 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış və satış məzənnələri arasında fərq 0.1% (0.0022 manat) olmuşdur.