ABŞ-da Şimali Koreyadan olan işçilərin saxta «məsafədən işləyən İT işçilər» adı ilə ABŞ şirkətlərinin kompüter sistemlərinə daxil olması aşkar edilib.
FED.az xəbər verir ki, bu məsələ hazırda ABŞ-ın məhkəmə sistemində araşdırılır, məlum olub ki, 5 amerika vətəndaşı bu məsələdə koreyalılara kömək edib, onlar xaricilərə öz şəxsiyyət vəsiqələrini, ünvan və digər məlumatlarını veriblər. Üstəlik evlərində noutbuklar yerləşdirib və işəgötürənlərə göstəriblər ki, onların işlədiyini sübut etsinlər.
Əvəzində koreyalılar bu noutbuklar vasitəsilə ABŞ texnoloji şirkətlərinə daxil olaraq texnoloji və sair sirləri ələ keçirməyə çalışıblar.
Bu proses 136 ABŞ şirkətinə təsir edib və ABŞ məhkəməsi hesba edir ki, koreyalılar bundan 2,2 milyon dollar qazanıblar.
Ümumiyyətlə ABŞ-da hesab edirlər ki, koreyalıları təkcə İT işçilər kimi deyil, həm də özlərinə investor və rekruterlər kimi təqdim edərək ABŞ şirkətlərinə yol tapmağa çalışırlar.
ABŞ məhkəməsi hesab edir ki, bu məlumatlar Şimali Koreyanın nüvə proqramlarında istifadə oluna bilər – qeyd edək ki, belə ittihamlar ABŞ qurumları tərəfindən dəfələrlə səslənib.
Yeri gəlmişkən, kriptovalyuta şirkətləri, birjaları və blokçeyn-layihəoər şimali koreyalı hakerlərin sevimli hədəfləridir. ABŞ tərəfi hesablayıb ki, 2024-cü ildə koreyalı hakerlər 650 milyon dollarlıq, bu ilin əvvəlindən indiyədək isə 2 milyard dollarlıq kriptovalyuta ələ keçiriblər.












