“Google” şirkəti siyasi reklamları qadağan edəcək.
FED.az xəbər verir ki, “Google" 2020-ci ildən etibarən siyasi reklam verən qurum və şəxslərə qadağa tətbiq edəcək.
Məlumata əsasən, siyasi reklamları yayımlayan qurumlar sadəcə yaş və cins kimi ümumi kateqoriyalarından istifadə edərək reklam məzmunlu məlumatları paylaşa biləcəklər.
Qeyd edək ki, daha əvvəl Tvitter sosial şəbəkəsindən də siyasi reklamların qadağan ediləcəyi açıqlanıb.
TED