Azərbaycanın xaricə gilas və albalı satışından gəlirləri kəskin aşağı düşüb.
FED.az xəbər verir ki, ixrac olunan gilas və albalının həm həcmi, həm də qiyməti azalıb.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan xaricə 24,7 milyon dollar dəyərində 25,9 min ton gilas və albalı ixrac edilib.
Azərbaycan pomidor ixracından 8 ayda 139 milyon dollar qazanıb
Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,9 milyon dollar (45%), miqldar ifadəsində isə 9,8 ton və ya 27% azdır.
Xatırladaq ki, ötən ilin eyni dövründə xaricə 44,6 milyon dollar dəyərində 35,6 min ton albalı və gilas ixrac edilmişdi.
Azərbaycan pomidoru xaricə neçəyə satılır? - RƏQƏMLƏR AÇIQLANDI
Bu ilki qiymətləri nəzərə aldıqda, gilas və albalının bir kiloqramı xaricə orta hesabla 0,96 dollardan (1,62 manat) satılıb.
Nar ixracından gəlirlər 2,4 dəfə azaldı - RƏQƏMLƏR
Ötən ilin eyni dövrünə nisbətən xaricə satılan gilas və albalı xeyli ucuzlaşıb. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında gilas və albalının xaricə orta ixrac qiyməti 1 kiloqram üçəün 1,25 dollar (2,13 manat) olmuşdu.
Başqa sözlə, xaricə ixrac edilən gilas və albalının kiloqramı son bir ildə 0,30 dollar və ya 51 qəpik ucuzlaşıb.