2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 59 milyon 275 min dollar dəyərində 9 min 672 ton meşə fındığı ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 192 min dollar və ya 16%, miqdar ifadəsilə 4 min 472 ton və ya 32% azalıb.
2023-cü ilin ilk 8 ayında isə Azərbaycandan 70 milyon 467 min dollar dəyərində 14 min 144 ton fındıq ixrac olunmuşdu.
1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin 8 ayında 10,42 manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,95 manat (23%) çoxdur.
Ötən ilin eyni dövründə isə orta ixrac qiyməti 8,47 manata idi.
Bu il ümumi ixracının 0,33%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,72%-i fındığın payına düşüb.