2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 27 milyon 781 min dollar dəyərində 35 min 362 ton xurma ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13 milyon 31 min dollar və ya 88%, miqdar ifadəsilə 15 min 101 ton və ya 75 % artıb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 14 milyon 750 min dollar dəyərində 20 min 261 ton xurma ixrac olunmuşdu.
1 kq xurmanın orta ixrac qiyməti 2024-cü ilin beş ayında 1,34 manata başa gəlib ki, bu da illik müqayisədə 0,10 manat (9%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə xurmanın orta ixrac qiyməti 1,24 manata başa gəlib.