Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər belə işlərin görülməsinə görə cərimələr 100 dəfəyə qədər artırılır.
Məcburi yerə enmək barədə tələblərə riayət etməyən - TƏYYARƏLƏR VURULACAQ
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, bu inzibati xəta üçün 100 manat məbləğində cərimə tətbiq edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.