Azərbaycan Mərkəzi Bankı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi barəsində məhkəməyə müraciət edib.
Eləcə də bax: Mərkəzi Bank Azərbaycanın ən böyük ixrac şirkəti olan “Almeyvə”ni - CƏRİMƏLƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank “Gəncə Avtomobil Zavodu” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Gəncə Şəhər Məhkəməsinə göndərib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Şirkət nə zaman cərimələnir?
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
Xatırladaq ki, GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında GAZ işə düşüb və müəssisədə ilk avtomobil yığılıb. Onun nizamnamə kapitalı 3 milyon 573 min manatdır.