Müəyyən edilmiş müddətdə haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək.
Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün rəqəmsal platforma təsisçisinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 250-400 manat, hüquqi şəxslər 1500-2000 manat cərimə edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.