Türkiyənin Rəqabət Qurumu "Coca-Cola İçecek" şirkətinin törəmə şirkəti "Coca-Cola Satış və Dağıtım A.Ş"yə 272,2 milyon türk lirəsi cərimə tətbiq etdiyini açıqlayıb.
“Coca-Cola HBC” Rusiyada €190 mln. - İTİRİB
FED.az şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlamasına istinadən xəbər verir ki, şirkət cərimənin 25 faizlik erkən ödəniş endirimindən faydalanacaq və qanuni müddət ərzində 204,1 milyon lirə ödəyəcək.
Həmçinin Şirkət, cərimə ilə bağlı İnzibati Məhkəməyə müraciət etməyə açıq olduğunu və qərara qarşı bütün hüquqi vasitələrə müraciət edəcəyini açıqlayıb.
Coca Cola cəriməni ödəyəcəklərini vurğulayıb, lakin bu, ittihamları qəbul etmək demək deyil. Şirkət qanuni müddət ərzində ilk növbədə Ankara İnzibati Məhkəməsində icranın dayandırılması tələbi ilə ləğv iddiası qaldıracaqlarını bildirib. (Marja)