"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıblar".
Eləcə də bax: Ərəblərin yasaqlıq ərazisində hərəkəti qadağan edildi - RƏSMİ AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, təqsirkarların 99-SA-024 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz ov alətləri aşkar edilib:
“Araşdırma zamanı qanunsuz ov edənlərin Səudiyyə Ərəbistanı vətəndaşları Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Azərbaycan vətəndaşı Adil Zülfüqarov olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək təqsirkarlar ümumilikdə 7000 manat məbləğində cərimə olunub”.