Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin 1 ədəd at başı və sümükləri aşkar edilib.
Ət qutabında at DNT-si aşkarlandı - FOTOLAR - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə məlumatında bildirilib.
Birgə reyd zamanı məlum olub ki, sözügedən atı eyni kənd sakinləri Seymur Baloğlan oğlu Məmmədov və Həsən İntiqam oğlu Cəfərli tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsiblər. Daha sonra sümükdən ayrılan əti paketlərə qablaşdırıblar.
Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər.
İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.














