Azərbaycanın tanınmış yerli mebel istehsalçılarından olan «Məmmədoğulları» QSC 2022-ci ilin nəticələrini açıqlayıb.
Keçmiş bankirin ortaq olduğu şirkət – ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB - MƏBLƏĞLƏR
Azərbaycandakı şpris zavodu hər il - 2 MİLYON QAZANC GÖTÜRÜR – HESABAT
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin ümumi gəlirləri 9 milyon 101 min manat, ümumi xərcləri isə 8 milyon 538 min manat təşkil edib.
Şirkətin gəlirlərinin 9 milyon 25 min manatı satışdan daxil olub.
2021-ci illə müqayisədə «Məmmədoğulları» QSC-nin gəlirləri 560 min manat və ya 7%, xərcləri isə 334 min manat və ya 4% artıb.
2022-ci ildə «Məmmədoğulları»da əməkhaqqı və ona bərabər tutulan ödəmələr 1 milyon 747 min manat təşkil edib. Sosial sığorta haqları 348 min manat olub.
Xammal və materiallara çəkilmiş xərclər 5 milyon 98 min manat, malların dəyərinə çəkilmiş xərclər 459 min manata yaxın olub.
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 563,4 min manat olub. Buradan 112,7 min manatlıq mənfəət vergisi ödənişindən sonra «Məmmədoğulları» QSC-nin 2022-ci il üzrə xalis mənfəəti 450,8 min manat təşkil edib.
Bu 2021-ci illə müqayisədə 182 min manat və ya 68% artıqdır. Xatırladaq ki, «Məmmədoğulları» QSC 2021-ci ili 269 min manat xalis mənfəətlə bağlamışdı.
2022-ci ilin sonuna “Məmmədoğulları” QSC-nin aktivləri 10 milyon 361 min manat olub. 2021-ci illə müqayisədə aktivlərdə 157 min manat, yaxud 1,5%-lik artım var.
Aktivlərin 1 milyon 2 min manatını uzunmüddətli aktivlər, 9 milyon 358 min manatını qısamüddətli aktivlər təşkil edir.
Aktivlərin 3 milyon 264 min manatını ehtiyatlar təşkil edir. Bu göstərici ötən illə müqayisədə 1 milyon 25 min manat yaxud 23,9% aşağı düşüb.
Qısamüddətli debitor borcları 5 milyon 332 min manat olub ki, bu da ötən illə müqayisədə 1 milyon 355 min manat, yaxud 34,1% artıqdır
“Məmmədoğulları”nin öhdəlikləri 2022-ci ildə 8 milyon 330 min manat olub ki, bu göstərici də son bir ildə 224 min manat, başqa sözlə 2,6% azalıb.
Öhdəliklərin 4 milyon 670 min manatının sair qısa müddətli öhdəliklər təşkil edir.
Qısamüddətli kreditor borcları 1 milyon 396 min manat olub. Bu rəqəm son bir ildə 1,6% azalma deməkdir. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 2 milyon 239 min manat olub.
Şirkətin kapitalı 2 milyon 31 min manata yaxın olub. Kapital da öz növbəsində bir il ərzində 381 min manat, yaxud 23,1% artıb.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 2 min 10 manat olaraq qalır. Bölüşdürülməmiş mənfəətin həcmi isə 450 min 775 manat olub ki, bu göstərici də əvvəlki illə müqayisədə 182 min manat, və ya 67,6% artıb.