Bu ilin yanvar-mart ayları ərzində xaricdən Azərbaycana ümumilikdə 361 milyon 23,43 min dollar dəyərində 19 min 571 ədəd avtomobil gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1 228 ədəd və ya 5,9% azalıb, dəyər baxımından 46 milyon 29,12 min dollar və ya 14,6% artıb.
2023-ci ilin müvafiq dövründə Azərbaycana 314 milyon 994,31 min dollar dəyərində 20 min 799 ədəd avtomobil idxal edilib.
Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 447 dollar (31 min 360manat), ötən ilin eyni dövründə isə 15 min 145 dollar (25 min 746 manat) olub. İdxal qiyməti son bir il ərzində 3 302 dollar (5 min 614 manat), yəni 21,8% artıb
Hesabat dövründə idxal olunan avtomobilərin 2 milyon 254 min dollar dəyərində 35 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 315 milyon 790 min dollar dəyərində 17 min 610 ədədi minik avtomobilləri, 117 milyon 985 min dollar dəyərində 3 min 615 ədədi hibrid, 35 milyon 309 min dollar dəyərində 830 ədədi elektromobillər, 32 milyon 372 min manat dəyərində 1 821 ədədi yük, 10 milyon 607 min dollar dəyərində 105 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.