2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan dəyəri 112 milyon 782 min dollar həcmində 511 min 633 ton azot gübrəsi ixrac edilib.
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 milyon 257 min dollar və ya 55.5% artıb, miqdar ifadəsində isə 208 min 196 ton, başqa sözlə, 68.6% artım müşahidə olunub.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan 72 milyon 525 min dollar dəyərində 303 min 437 ton azot gübrəsi ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ixrac edilən azot gübrəsinin 1 kiloqramının orta ixrac dəyəri 37 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 41 qəpik idi. Bu da illik müqayisədə 4 qəpik və ya 9.8% azalma deməkdir.
Bu il ümumi ixracının 0,46%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,65%-i azot gübrəsinin payına düşüb.