2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 552.3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Azərbaycan Rusiya qarşısında - 922 Milyon Dollar Mənfidədir
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.6% və ya 170.3 milyon dollar çoxdur. 2022-ci ilin ilk 6 ayında Azərbaycandan Rusiyaya 382 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 37.7% və ya 592.2 milyon dollar artaraq 2 milyard 164.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 621.1 milyon dollar, Rusiyadan ümumi idxal isə 1 milyard 543,4 milyon dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.27%-ə yüksəlib. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.