Azərbaycan malları ən çox Rusiya, Çin və Türkiyədən alır, İtaliya, Türkiyə və Yunanıstana isə satır.
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo - 19% AZALIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana Rusiyadan 1 milyard 543 milyon 428 min dollarlıq, Çindən 1 milyard 266 milyon 160 min dollarlıq, Türkiyədən 1 milyard 147 milyon 121 min dollarlıq mallar idxal olunub. 2022-ci ilin ilk 6 ayında Azərbaycana bu ölkələrdən müvafiq olaraq 1 milyard 182 milyon 81 min dollarlıq, 942 milyon 455 min dollarlıq və 1 milyard 52 milyon 645 min dollarlıq mallar idxal olunmuşdu.
Azərbaycanın idxalı Rusiyadan 30,6%, Türkiyədən 9%, Çindən isə 34,3% artıb.
2023-cü ilin ilk 6 ayında Azərbaycandan Rusiyaya 621 milyon 134 min dollarlıq mallar ixrac olunub. Azərbaycanın Rusiya ilə ticarətində 922 milyon 293 min dollarlıq mənfi saldo yaranıb (idxal ixracı üstələyib).
Azərbaycan İtaliya, Türkiyə və Yunanıstana əsasən neft və qaz satır. (Marja)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.