İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayını təqdim edib.
FED.az xəbər verir ki, icmala əsasən, cari ilin on ayında Rusiya Federasiyasına 968,9 milyon ABŞ dolları, Türkiyəyə 486,3 milyon ABŞ dolları, İsveçrəyə 288,3 milyon ABŞ dolları, Gürcüstana 273,6 milyon ABŞ dolları, Ukraynaya isə 171,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin oktyabr ayında Rusiya Federasiyasına 90 milyon ABŞ dolları, Türkiyəyə 50,6 milyon ABŞ dolları, İsveçrə 40,6 milyon ABŞ dolları, Gürcüstan 28,8 milyon ABŞ dolları, Ukrayna isə 24,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.











