2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 63 milyon 776 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.
Azərbaycanda siqaretin - Qiymətinin Artdığı Bildirilir
FED.az ” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.6% və ya 13.8 milyon dollar artıb.
2022-ci ilin ilk 7 ayında Azərbaycana 49.9 milyon dollar dəyərində tütün və tütün məmulatları gətirilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən tütün və tütün məmulatlarının dəyəri Azərbaycanın ümumi idxalının 0.67%-ni təşkil edib. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.