Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 1 119,23 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 18,4% çoxdur. Bununla da, yanvar ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.
Eləcə də bax: Artıq Avropaya 1 milyard kubmetr Azərbaycan qazı - NƏQL EDİLİB
FED.az xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatlarına görə, Türkiyə 2020-ci ilin yanvarında Azərbaycandan 945,18 mln. kubmetr qaz idxal edib.
Yanvar ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə, birinci yeri Rusiya tutub. Hesabat ayında Rusiyadan Türkiyəyə 2 675,21 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da 21% çoxdur.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 20,5% çoxdur. (Apa)