Bu ilin aprelin 1-dən Rusiya neftinə ixrac rüsumu 8 ABŞ dolları məbləğində artırılaraq bir ton üçün 57,6 dollar təşkil edəcək.
Eləcə də bax: Rusiya buğdanın ixrac rüsumunu - İki Dəfə Artırıb
FED.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 15 fevral – 14 mart 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 64,35 dollar və ya bir ton üçün 469,7 dollar təşkil edib.
Xatırladaq ki, bundan əvvəl Rusiyada mart ayı üçün neftin ixrac rüsumu 5,8 dollar artırılaraq 49,6 dollara çatdırılmışdı. (Apa)