Norveçin neft-qaz şirkəti "Equinor" (keçmiş "Statoil") Rusiyadakı müştərək müəssisələrdən çıxmaq və ölkəyə yeni investisiyaları dayandırmaq qərarına gəlib.
Eləcə də bax: BP də Rusiyadan getməyə qərar verdi - «Rosneft»lə əməkdaşlıq edə bilmərik»
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
"Equinor"un İdarə Heyəti Rusiyaya sərmayə yatırmağı dayandırmaq barədə qərar qəbul edib, həmçinin şirkət Rusiyadakı birgə müəssisələrindən çıxmaq prosesinə başlayıb", - açıqlamada deyilir.
Şirkət bu qərarın Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarla bağlı olduğunu izah edir.
Xatırladaq ki, "Equinor" Rusiyada 30 ildən çoxdur fəaliyyət göstərir. (Apa)