Britaniyanın BP şirkəti Ukraynada baş verənlərin fonunda Rusiyada fəaliyyətini dayandırır.
FED.az xəbər verir ki, BP şirkəti «Rosneft»dəki 19,75%-lik payını satır. BP-nin rəhbəri Bernard Luni isə Rusiya şirkətinin direktorlar şurasını tərk edir.
Bütün bunlar Rusiyanın Ukraynaya hücumu və Rusiyaya tətbiq edilən sanksiyalarla bağlıdır.
Bu barədə BP-nin mətbuat xidməti açıqlama yayıb.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləndən sonra BP-dən Rusiyadakı payını satm aq tələb edilib. Qərb mətbuatı bildirir ki, Britaniyanın biznes üzrə dövlət katibi Kvazi Kvartenq BP rəhbərliyini qəbul edərək onun nəzərinə çatdırıb ki, hökumət BP-nin Rusiyadakı layihələrdə iştirakından narahatdır.
Bununla yanaşı, şirkətdən bildirilib ki, hətta BP layihədəki payından imtina etmək istəsə də , bu paya alıcı tapmaq asan olmayacaq.
Xatırladaq ki, BP və «Rosneft» 1998-ci ildən əməkdaşlıq edirlər. O vaxtdan indiyədək BP tədricən «Rosneft»dəki payını artıraraq 19,75%-ə qaldırıb.
BP 2021-ci ildə «Rosneft»dəki payı hesabına 2 milyard 517 milyon dollar qazanıb.