ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,85 % azalaraq 1 barelə görə 84,9 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,86 % azalaraq 80,92 ABŞ dolları təşkil edib.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








