Banner

Ekologiya

Şirkət 12500 manat cərimələnib

Şirkət 12500 manat cərimələnib | FED.az
17:34 20 Noy 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq  keçirilib. FED.az xəbər verir ki, hava nümunələr götürülüb və analizlər aparılıb, analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.

Araşdırma zamanı qara metal əritmə sexinin "Fərid-RL" MMC-yə  məxsus olduğu müəyyən edilib.  Faktla bağlı MMC barəsində protokol tərtib olunub və hüquqi şəxs qismində 12500  manat məbləğində cərimə edilməsi üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə  göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün "Fərid-RL" MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
 

Digər xəbərlər

Banner