Banner

Ekologiya

Sabahın hava proqnozu - AÇIQLANDI

Sabahın hava proqnozu - AÇIQLANDI | FED.az
12:55 23 Dek 2019

Sabah, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 6-8°, gündüz 11-14°, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz  10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Digər xəbərlər

Banner