Azərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20°, gündüz 24-28° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 30-35° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 16-21° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 28-33° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 21-26° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-19°, gündüz 23-28° isti, dağlarda gecə 12-14°, gündüz 17-22° isti olacağı gözlənilir.