Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər arabir duman olacaq. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Dekabrın 20-21-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən cənub-qərb küləyinin 21-də şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.