Oktyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan yağıb.
Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, düşən yağıntının miqdarı şimal rayonlarında 29 mm, qərb rayonlarında 15 mm, Mərkəzi Aran zonasında 14 mm, cənub zonasında isə 17 mm-dək olub, arabir güclənən şimal-qərb küləyi əsib.
Şərqi Zəngəzur və Qarabağ bölgəsində bu gün gün ərzində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, dolu düşəcəyi, şimşək çaxacağı və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.