“Şirkət tikən bina üçün nəinki 4 min manat, heç 40 min manat cərimə də böyük məbləğ deyil. Ağac kəsmək həm də cinayət məsuliyyəti yaradır”.
Eləcə də bax: Bakıda tikinti şirkətlərindən əsas tələb - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
“Biz bu il ağac kəsməyə görə cərimələrin artırılmasına çalışırıq. Artıq onunla bağlı layihə hazırlanır. Əgər tikinti şirkəti növbəti dəfə ağac kəsərsə və Dövlət Ekspertiza Agentliyinin tələblərini pozarsa, ona növbəti dəfə tikintiyə icazə verilməyəcək”. (Qafqazinfo)