Novruzovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalanıb.
FED.az xəbər verir ki, bu barədə Prezident bu gün sənədi imzalayıb.
“Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”, – deyə sərəncamda deyilir.
Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.