Tender 1 lot üzrə keçirilir
Lot 1 - 2017-2019-cu illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib olunmuş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi xidməti (Qeyd: Azərbaycanda rabitə və informasiya texnologiyaları müəssisələrinin auditinin aparılması təcrübəsi və Brand finance Global 500 siyahısına daxiln olan şirkətlərə üstünlük veriləcəkdir)
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Droqal döngəsi 702-ci məhəllə (6-cı mərtəbə)(Əlaqələndirici şəxs :Qaryağdı Nağıyev, telefon :(+99412) 598-21-37, (+99450) 673-57-75) ünvanından ala bilərlər .
İştirak haqqı lot 1 - 500 manat
Hesab: | AZ78AZPO91015461200420100072 |
VÖEN | 9900038911 |
Bank: | Azərpoçt MMC PF1 |
Kodu: | 691011 |
VÖEN: | 9900037711 |
M/H: | AZ76NABZ01350100000000094944 |
S.W.İ.F.T: | AZPOAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: - Auditor fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyanın notarial qaydada təsdiq edilmiş surəti; -İddiaçının ixtisas göstəricilərini təsdiq edən digər məlumatlar.