“İran və Azərbaycan arasında əlaqələr bütün sahələrdə strateji səviyyəyə yüksəlib”.
FED.az xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib.
M.Vaezi iki ölkə arasında əlaqələrin hər gün möhkəmlənməsinin Azərbaycan və İran xalqlarının xeyirinə olduğunu vurğulayaraq müştərək layihələrin, xüsusilə enerji və nəqliyyat sahəsində layihələrin icrasının tezləşdiirlməsinin zəruriliyini vurğulayıb.
M.Vaezi Azərbaycan və İran arasında mədəni, tarixi və mili bağlılıqları iki ölkənin münasibətlərinin inkişafında təkanverici amil kimi dəyərləndirib və qeyd edib ki, bu gün bu əlaqələr prezidentlərin iradəsi ilə bütün sahələrdə strateji səviyyəyə yüksəlib: "İran İslam Respublikası bütün həssas şəraitdə və müxtəlif vaxtlarda Azərabycan xalqı və dövlətinin yanında olub. İki ölkə arasında möhkəm əlaqələr mövcduddur və bütün sahələrdə münasibətlər genişləndirilir".
Şahin Mustafayev İranla münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu deyib: "İki ölkə arasında əlaqələr son illər ən yüksək səviyyədə qurulub, bu sahədə prezidentlərin siyasi iradəsi çox təsiredici rol oyanayıb”.
O qeyd edib ki, Azərbaycan və İran arasında əməkdaşlıq üçün müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat, kənd təssərüfatı, sənaye, turizm sahələrində geniş potensial mövcuddur: "Qərara almışıq ki, bu potensialı daha da aktivləşdirək. Koronavirus hələ də iki ölkənin ticarət əlaqələrində maneə yaradır. Lakin buna baxmayraq, ik ölkə arasında əlaqələr 27 faiz artıb. Bu müddətdə bir gün belə iki ölkə arasında tranzit dayandırılmayıb”. (Apa)