ABŞ və 6 ərəb dövləti İran İnqilab Keşikçiləri Qvardiyasının “əl-Qüds” qoşununun komandanı general Qasım Süleymani daxil olmaqla 9 nəfərin adını terrorçular siyahısına daxil edib.
FED.az xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının “SPA” rəsmi informasiya agentliyi yayıb.
İran generalını terrorçu elan edən ölkələr arasında ABŞ-la yanaşı Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Küveyt və Oman da var.
Əfqanıstandakı terrorçu “Taliban”la əlaqədə saxladığı bildirilən 6 nəfər, İran İnqilab Keşikçiləri Qvardiyası, o cümlədən 3 iranlı - general Qasım Süleymani, Həmid Abdullahi və Əbdürriza Şehlayi terrorçular siyahısına daxil edilib.
Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi bir müddət əvvəl bəyan etmişdi ki, İnqilab Keşikçiləri Qvardiyası dağıdıcı və terror fəaliyyəti ilə məşğuldur və qvardiya ilə əlaqəli olan 3 nəfəri terrorçular siyahısıda daxil etmişdi.
Q.Süleymaninin başçılıq etdiyi qoşun İraq, Suriya və bəzi ərəb ölkələrində fəaliyyət göstərir.