İran Azərbaycan və Rusiya ilə birgə dəmir yolu şirkəti yaratmaq niyyətindədir.
FED.az xəbər verir ki, bu sözləri İranın dəmir yolu şirkətinin direktor müavini Babək Əhmədi deyib.
O bildirib ki, birgə şirkətin fəaliyyəti dəmir yolu vasitəsilə daşınan tranzit yüklərin artmasına səbəb olacaq. Bundan başqa, birgə şirkət sifarişlər qəbul edərək iş adamlarına və dövlətə məxsus yükləri asanlıqla daşıyacaq.
B.Əhmədi qeyd edib ki, bu barədə tərəflər arasında müzakirələr aparılıb və razılıq əldə edilib. Birgə şirkət yarandıqdan sonra Tehran, Bakı və Moskvada şirkətin nümayəndəlikləri də fəaliyyətə başlayacaq.
Eləcə də bax: Bakı-Tbilisi-Qars qatarında sərnişin sıxlığı olacaq - TÜRKİYƏNİN NƏQLİYYAT NAZİRİ - MÜSAHİBƏ