Münhendə keçirilən Təhlükəsizlik konfransında müzakirə edilən əsas məsələlərən biri də Ermənistan-Azərbaycan münaqişəsi oldu.
FED.az xəbər verir ki, formal olaraq Qafqazdakı vəziyyətə, daha dəqiqi isə məhz Ermənistan Azərbaycan münaqişəsiniə həsr edilmiş panel iclasında Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gərginliklə müşayiət olunan müzakirə baş tutub.
Müzakirədə erməni tərəfinin həmişə olduğu kimi, məlumatlarla manipulyasiya etmək və tarixi faktları təhrif etməklə öz mövqeyini əsaslandırmağa çalışıb.
İlham Əliyev isə rəsmi Bakının mövqeyini real faktlarla əsaslandıraraq bir sıra mühüm mesajlarını açıqlayıb. Bunlardan biri rəsmi Bakının Qarabağ ərazisində yaşayan ermənilərlə münasibətlərinə aid idi. İlham Əliyev bildirib ki, Bakı Qarabadakı ermənilərlə kontaktlara açıqdır, amma bir şərtlə:
«Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil».
Qeyd edək ki, prezidentin çıxışında söhbət Rusiyadan xüsusi missiya ilə Qarabağa göndərilən erməni milyardçı, beynəlxalq fırıldaqçı Ruben Vardanyandan gedir: «Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir»-deyə prezident bildirib.
Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşları və ölkədə yaşayan digər azsaylı xalqlardan biridir, onlara da eyni hüquqlar tanınır: «Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar».
Prezident bildirib ki, rəsmi Bakı Qarabağdakı ermənilərlə praktiki təmaslara hazırdır, bir şərtlə ki, Rusiyadan göndərilən Ruben Vardanyan Qarabağı tərk etsin: «Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin»-deyə İlham Əliyev Azərbaycan tərəfinin şərtini açıqlayıb.