“AzerGold” QSC
Vakansiyanın adı: Hüquq şöbəsi, mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Şöbə daxilində həmçinin Hüquq şöbəsi ilə digər şöbələr arasında kargüzarlığın aparılmasının təşkili və icrasını təmin etmək;
• Şöbə daxilində müxtəlif sadə sənədlərin, xidməti məruzələrin, ərizələrin, məktubların hazırlanmasını yerinə yetirmək;
• Elektron sənəd dövriyyəsi ilə işləmək;
• Cəmiyyətin Müşahidə Şurası və Ümumi Yığıncağına təqdim edilən sənədlərin icra statusu, habelə sənədlərdə mümkün dəyişikliklərlə bağlı irəli sürülən təkliflər barədə şöbə müdiri və şöbə müdiri müavinini məlumatlandırmaq;
• Cəmiyyət adından bağlanılmış müqavilələrin reyestrini aparmaq;
• Ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq, şöbə müdiri və şöbə müdiri müavininə təqdim etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Kargüzlıq işinin təşkilini yüksək səviyyədə bilməsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dilləri bilən namizədlər arzuolunandır) ;
• MS office proqramlarını əla səviyyədə bilməsi;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Problem həll etmə, planlaşdırma və təşkil etmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil.
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Hüquq şöbəsinin mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.