“AzerGold” QSC
Vakansiyanın adı: Baş ekoloq
Əsas vəzifə və öhdəliklər:
• Ətraf mühit qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;
• Ekoloji hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Ekoloji aspektlərin qiymətləndirilməsi;
• Ətraf mühitin mühafizəsini optimal şəkildə təmin etmək üçün rəhbərliyə müvafiq məlumat verilməsi;
• Ekoloji icazələrin və lisenziyaların alınması, saxlanması, dəyişdirilməsi və yenilənməsi;
• Ekoloji hadisələrə cavab vermək üçün fövqəladə cavab tədbirləri hazırlanması;
• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
• Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların aparılması;
• Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
• Tullantıların idarə olunması və çirklənmə nəzarət proqramlarına nəzarət edilməsi;
• İSO 14001 beynəlxalq standarlarının tələblərinin tətbiqi və daxili auditin keçirilməsi;
• Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericilikdə və beynəlxalq standartların tələbinə əsasən idarə olunmasını bilməli;.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil;
• Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Baş ekoloq" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.