Azərbaycanın parlamentdə təmsil olunan partiyalarından biri - «ANA Vətən» iki ildir ki, zərərlə işləyir. FED.az partiyanın hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə partiyanın gəlirləri 135 min 714 manat, xərcləri 136 min 506 manat olub.
2017-ci illə müqayisədə partiyanın gəlirləri 22 min 969 manat, xərcləri isə 21816 manat artıb.
Hesabata görə, «Ana Vətən» partiyasının pullarının böyük hissəsi cəri işlərə (105 561 manat), 17 194 manat isə partiyanın saxlanmasına və informasiya təminatına xərclənib.
Digər xərcləri də nəzərə alanda partiya 2018-ci ili 719 manat zərərlə başa vurub.
2017-ci illə müqayisədə zərər xeyli azalıb – «Ana Vətən» əvvəlki ili 1945 manat zərərlə başa vurmuşdu.