Bakıda "Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi" sazişin imzalanma mərasimi keçirilib.
FED.az xəbər verir ki, mərasimdə bir sıra dövlət qurumları ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) sənədə imza atıblar.
İlk olaraq Azərbaycan tərəfdən sazişi Baş Nazirin müavini Yaqub Eyyubov, IFC tərəfdən isə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) regional direktoru Yan Van Bilsen imzalayıb.
İqtisadiyyat nazirliyi ilə IFC arasında imzalanan memoranduma isə İqtisadiyyat naziri Şahin Mustafayev və IFC-nin regional direktoru Yan Van Bilsen imza atıb.
IFC Kənd Təsərrüfatı Nazirliyi ilə də əməkdaşlıq memorandumu imzalayıb. Azərbaycan tərəfdən nazir İnam Kərimov, qarşı tərəfdən IFC-nin regional direktoru Yan Van Bilsen imzalayıb.
Həmçinin IFC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də anlaşıb. Bu barədə memorandumu nazir Sahil Babayev və qarşı tərəfdən isə Beynəlxalq Maliyyə Korporasiyasının regional direktoru Yan Van Bilsen imzalayıb.
Korporasiya ilə Qida Təhlükəsizliyi Agentliyinin anlaşma memorandumu isə AQTA rəhbəri Qoşqar Təhməzov imzalayıb.
IFC həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə də anlaşıb. Bu sənədi isə İİTKM tərəfdən qurumun icraçı direktoru Vüsal Qasımlı, qarşı tərəfdən isə Beynəlxalq Maliyyə Korporasiyasının regional direktoru Yan Van Bilsen imzalayıb.