Azərbaycanda sudan və su obyektlərindən qanunsuz istifadə ilə bağlı cərimələrin artırılması gündəmdə deyil.
Dövlət Agentliyi: "Su tarifləri xərclərini tam qarşılamır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.
"Biz maraqlıyıq ki, mövcud qanunvericiliklə tənzimlənməyən məsələlər həll olunsun. Sanksiya, inzibati və cinayət məsuliyyəti insanları pis əməllərdən çəkindirməyə yönəlib. Əsas hədəfimiz insanları maarifləndirməklə bu əməllərdən çəkindirməkdir. Ancaq gələcəkdə bu tədbirlərdən kimsə nəticə çıxarmayacaqsa, qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vasitələrdən istifadə edəcəyik", - deyə o qeyd edib. (Report)