Qərb çox güman ki, artıq Kiyevə Rusiya ərazisinin uzaqmənzilli raketlərlə vurulmasına icazə vermək qərarına gəlib. Bu qərarın mediada rəsmiləşdirilməsi gedir.
FED.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə ki, bütün bu qərarlar artıq qəbul edilib”, - Kremlin sözçüsü ABŞ və Böyük Britaniya arasında bu məsələ ilə bağlı müzakirələr barədə mətbuatda yayılan xəbərləri şərh edib.
“Hazırda media artıq qəbul edilmiş qərarı rəsmiləşdirmək üçün sadəcə informasiya kampaniyası aparır", - Peskov əlavə edib. (Apa)