İcazələr sistemi kölgə iqtisadiyyatına qarşı müsbət təsirini göstərib.
FED.az xəbər verir ki, bu barədə məlumatı “ASAN xidmət” mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev sosial şəbəkədə paylaşıb.
Eləcə də bax: Karantin qaydalarına zidd olduğu üçün 65 min icazə ləğv edilib - RƏSMİ
Onun sözlərinə görə, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” fəaliyyətə başladıqdan sonra "Elektron hökumət" portalının xidmətlərindən biri olan "Əmək müqavilələrinin bildiriş sistemi" vasitəsilə 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb: “Əməkdaşlar üçün icazələrin əldə edilməsi üçün təşkilatlar qeyri-rəsmi formada çalışdığı əməkdaşlar ilə rəsmi əmək müqaviləsi bağlamaq məcburiyyətində qalıb. İcazələr sistemi vətəndaşlarımızın sağlamlığını qorumağa xidmət etməklə yanaşı şəffaflığın artırılmasına da müsbət təsirini göstərib!”.
Eləcə də bax: Əmək müqaviləsi ilə işləyənlərin sayı artıb - RƏQƏMLƏR