"Monte Investments” MMC (VÖEN: 1806042091) nizamnamə kapitalının 12,34 milyon avrodan 10 manatadək azaldılması barədə elan edib.
Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkət ləğv edilir
FED.az xəbər verir ki, şirkətin elanında nizamnamə kapitalının bu dərəcədə azaldılması səbəbi qeyd olunmur.
“Monte Investments” kreditorlardan tələbləri 30 gün ərzində Bakı şəhəri, 8 Noyabr prospekti, Azure Business Center, 15-ci mərtəbə, ofis 98 ünvanında qəbul edəcək.
“Monte Investments” MMC 14 oktyabr 2022-ci ildə Azərbaycanın vergi orqanlarında qeydiyyatdan keçib. Rəsmi nümayəndəsi Rusiya vətəndaşı Olqa Xoxlovadır.
Vergi Xidməti şirkətin hansı fəaliyyət növü ilə məşğul olduğunu dəqiqləşdirmir. (İnterfaks-Azərbaycan)