“Turan Air” MMC (VÖEN: 1400394111) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ-1044 Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Turan Air" MMC Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkətdir.
“Turan Air” aviaşirkəti 26.04.1994-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 470 000 manatdır.
Qanuni təmsilçisi Gülnarə Quliyeva Hacıbaba qızıdır.