2024-cü ilin yanvar-mart aylarında 45 milyon dollar dəyərində pomidor ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 milyon dollar 44,2% artıb.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 31,2 milyon dollar dəyərində pomidor ixrac edilib.
Təkcə mart ayında 15 milyon dollarlıq pomidor ixrac edilib ki, bu da illik müqayisədə 6,9 milyon dollar və ya 85,2% çoxdur.