2024-cü ilin yanvar-mart aylarında 56,5 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 milyon dollar 80,5% artıb.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 31,3 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib.
Təkcə mart ayında 22,9 milyon dollarlıq pambıq mahlıcı ixrac edilib ki, bu da illik müqayisədə 14,8 milyon dollar və ya 2,8 dəfə çoxdur.