2025-ci ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 11,1 milyon dollar dəyərində metanol (etil spirti) ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 milyon dollar 52,1% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında 7,3 milyon dollar dəyərində metanol (etil spirti) ixrac edilib.